...

YUNESKO baş direktorunun müavini Bakıya səfər edəcək

Siyasət Materials 9 Mart 2007 16:50 (UTC +04:00)
YUNESKO baş direktorunun müavini Bakıya səfər edəcək

Azərbaycan,Bakı/müxbir " S.Ağayeva/Baş direktor müavini Abdul Vahid Xanın başçılığı altında YUNESKO yüksək vəzifəliləri missiyasının Bakıya səfəri planlaşdırılır. Bu barədə Azərbaycanın təşkilatdakı daimi nümayəndəsi səfir Eleonora Hüseynova məlumat verib.

Nümayəndə heyəti Azərbaycan XİN və İslam Konforansı Təşkilatının (İKT) təşkilatçılığı ilə 26-28 aprel tarixində Bakıda keçiriləcək "Tolerantlığın təşviqi və qarşılıqlı anlaşmada KİV-in rolu" beynəlxalq konfransında iştirak edəcək.

Nümayəndə heyətinə həmçinin təşkilatın yüksək vəzifəli şəxsləri də daxil olacaq.

Səfər haqqında prinsipial razılıq əldə olunub, hazırda səfərin texniki problemləri, o cümlədən, səfər proqramı həll olunur, deyə səfir məlumat verib.

Xəbər lenti

Xəbər lenti