...

YAP icra katibi Türkiyənin hakim partiyasının nümayəndə heyəti ilə görüşüb

Siyasət Materials 10 Mart 2007 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov martın 10-da Türkiyənin hakim Ədalət və Kalkınma Partiyası Gənclər Birliyinin sədri Hakan Tütünçünün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə YAP mətbuat xidmətindən məlumat verilib. Görüşdə bir gün öncə Bakıda keçirilən Dünya Azərbaycan və Türk Diaspor təşkilatları rəhbərlərinin I forumunun yüksək əhəmiyyətindən bəhs edilib, orada qəbul edilmiş qərarların Azərbaycan və Türk diasporlarının güclənməsinə, Azərbaycan və Türkiyə arasında əlaqələrin daha da möhkəmlənməsinə gətirib çıxaracağına qəti inam ifadə olunub.

Görüşdə həmçinin YAP Gənclər Birliyi ilə Ədalət və Kalkınma Partiyasının Gənclər Birliyi arasında mövcud əlaqələr, onun inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.Kocaeli Böyükşehir Bələdiyyə başqanı İbrahim Karaosmanoğlu, YAP İcra Katibinin müavini Siyavuş Novruzov və YAP Gənclər Birliyinin sədri Ramin Həsənov görüşdə iştirak ediblər.

Qeyd edək ki, YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. Partiyanın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. 14 ildir ki, hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti