...

Rəsul Quliyevin "Azərbaycanda Demokratiya Uğurunda" Beynəlxalq Cəmiyyətinin təsis konfransı təxirə salınıb

Siyasət Materials 13 Mart 2007 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ ABŞ-da mühacirətdə yaşayan eks-spiker Rəsul Quliyevin rəhbərliyi ilə yaradılan "Azərbaycanda Demokratiya Uğurunda" Beynəlxalq Cəmiyyətin təsis konfransı təxirə salınıb. Bu barədə məlumat verən "Azərbaycanda Demokratiya Uğurunda" Beynəlxalq Cəmiyyətin Bakı bürosun təmsilçisi, "Bakı -xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, təsis konfransının təxirə salınması Azərbaycan Demokrat Partiyasında (ADP) baş verən proseslərlə bağlıdır.

"Təsis konfransına hazırlıq işləri davam etdirilir. Lakin tədbir ADP-nin qurultayından sonra keçiriləcək", -deyə A.Quliyev əlavə edib.

Onun sözlərinə görə, təsis konfransının keçiriləcəyi tarix müəyyənləşdirilməyib.

"Azərbaycanda Demokratiya Uğurunda" Beynəlxalq Cəmiyyətin təsis konfransının mart ayında Almaniyada keçirilməsi nəzərdə tutulurdu.

Xəbər lenti

Xəbər lenti