...

"Daxili audit haqqında" qanun layihəsi ikinci oxunuşa təqdim olunacaq

Siyasət Materials 14 Mart 2007 13:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin İqtisadi siyasət daimi komissiyasında hazırlanan "Daxili audit haqqında" qanun layihəsi 1-ci oxunuşdan sonra təkmilləşdirilib və yaxın günlərdə 2-ci oxunuşa təqdim olunacaq. Bu barədə parlamentin İqtisadi siyasət daimi komissiyasından məlumat verilib.

Ədliyyə, Maliyyə və İqtisadi İnkişaf nazirliklərinin, Milli Bankın qanun layihəsi ilə bağlı təklifləri nəzərə alınıb.

5 fəsil, 17 maddədən ibarət qanun layihəsi ölkədə daxili auditin təşkilini və fəaliyyətini tənzimləyəcək.

Bundan başqa, parlamentin yaz sessiyasında "Auditorun mülki hüquq məsuliyyətinin icbari sışortası haqqında" qanunun layihəsinin də qəbul olunacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti