...

Amerika şirkəti Azərbaycanın Rabitə Nazirliyinə təkliflər verib

Siyasət Materials 14 Mart 2007 20:59 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Amerikanın Booz Allen Hamilton (BAH) konsaltinq şirkəti Azərbaycanın rabitə Nazirliyinə martın sonunda burda regional innovasiya zonasının yaradılması barədə təkliflər paketi verib. Bu barədə məlumatı çərşənbə günü rabitə naziri Əli Abbasov verib.

Booz Allen Hamilton Rabitə Nazirliyi tərəfindən yanvar ayında bu layihənin məsləhətçisi elan olunub.

Regional innovasiya zonası layihəsi texnoparkların yaradılmasını nəzərdə tutur. Bu da ümumilikdə kiçik və orta innovasiya sahibkarlığının inkişafı, region üzrə elektron avadanlıqların və proqram məhsullarının istehsalı və ixracını həyata keçirmək, ölkəni əlverişli informasiya tranziti mərkəzinə çevirmək, təşəkkül tapan informasiya cəmiyyəti üçün insan resurlarının hazırlanması, həmçinin İKT-nin digər sahələrinin inkişafına şərait yaratmaqdan ibarətdir.

Xəbər lenti

Xəbər lenti