...

Azərbaycan və Tacikistan 11 sənəd imzalayıb

Siyasət Materials 15 Mart 2007 16:52 (UTC +04:00)
Azərbaycan və Tacikistan 11 sənəd imzalayıb

Azərbaycan,Bakı/müxbir " S.Ağayeva/Bu gün Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevin Tacikistana rəsmi səfəri çərçivəsində Tacikistan və Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığı əhatə edən 11 dövlətlər və hökumətlərarası müqavilə imzalanıb. Bütün sənədlər iki nümayəndə heyətlərinin geniş iclasında imzalanıb. İclas İmoməli Raxmonov və İlham Əliyevin görüşündən sonra başlayıb, Tacikitsan KİV-i məlumat verib.

Sənədlər arasında dostluq və əməkdaşlıq haqqında müqavilə, iki ölkə vətəndaşlarının vizasız gedişi-gəlişi, mədəniyyət və incəsənət, turizm sahəsində əməkdaşlıq, gömrük işlərində əməkdaşlıq və birgə kömək, standartlaşdırma, metrologiya, sertifikasiya və akkreditasiya sahələrində əməkdaşlıq sənədləri var. Həmçinin beynəlxalq avtomobil, dəmir yolu və hava əlaqəsi sahəsində əməkdaşlıq haqqında müqavilələr imzalanıb.

Prezident İlham Əliyev rəsmi səfərlə bu gün Düşəndəyə gəlib. Dövlət başçısı "1+1" formatında Tacikitsan Respublikasının baş naziri Akil Akilov və parlamentin ali palatasının spikeri Maxmadsəid Ubaydullayevlə də görüş keçiricək. Bu səfər Azərbaycanın müstəqilliyi dövründə Azərbaycan dövlət başçısının Tacikistana ilk rəsmi səfəridir.

Xəbər lenti

Xəbər lenti