...

Gürcüstan prezidentinin qərarı ilə Azərbaycana yeni səfir təyin edib

Siyasət Materials 16 Mart 2007 15:46 (UTC +04:00)

Gürcüstan, Tiflis /müxbir. Trend N. Kirtsxalia/ Prezident Mixail Saakaşvili Nikoloz Natbiladzeni Gürcüstanın Azərbaycanda Fövqalədə və Səlahiyyətli səfiri təyin edib. Gürcüstanın XİN-dən Trend in Tiflisdəki xüsusi müxbirinə verilən məlumata görə, prezident Mixail Saakaşvili səfirin təyinatı haqqında qərarı martın 15-də imzalayıb.

O, bu vəzifədə artıq Azərbaycan hökuməti ilə vidalaşan Zurab Qumberidzeni əvəz edəcək. Z.Qumberidze Azərbaycan ordeni ilə mükafatlandırılıb. Natbiladze əvvəlcə Gürcüstan xarici işlər nazirinin müavini olub. Parlament tərəfindən fevralın 13-də təsdiq edilsə də, onun Azərbaycana göndərilməsi haqqında qərarı Gürcüstan prezidenti dünən imzalayıb.

Xəbər lenti

Xəbər lenti