...

Milli Məclis Nazirlər Kabinetinin hesabatını qəbul edib

Siyasət Materials 16 Mart 2007 19:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclis Nazirlər Kabinetinin 2006-cı ilin sosial-itqisadi yekunlarına dair hesabatını qəbul edib. Milli Məclisin martın 16-da keçirilən iclasında hökumətin hesabatını baş nazir Artur Rasızadə təqdim edib. Baş nazir qeyd edib ki, Azərbaycan iqtisadiyyatı keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Onun fikrincə, 2006-cı il Azərbaycan iqtisadiyyatının inkişafı baxımından əlamətdar olub.

Baş nazir hesabatı təqdim etdikdən sonra məsələ ətrafında çıxışlar başlayıb. Bir sıra millət vəkilləri hökumətin ötən ilki fəaliyyətini tənqid edib və hökumətin istefasını tələb ediblər. Lakin əksəriyyət hökumətin 2006-cı ildə gördüyü işləri müsbət qiymətləndirib. Millət vəkilləri mövcud problemlərin həlli üçün bir sıra təkliflər də irəli sürüblər. Təkliflərin bir hissəsi regionlardakı problemlərin, kənd təsərrüfatında və digər sahələrdəki çətinliklərin aradan qaldırılması ilə bağlı olub.

Müzakirələrdən sonra deputatların tənqidlərinə və irəli sürdükləri təkliflərə maliyyə naziri Samir Şərifov münasibət bildirib. Nazir qeyd edib ki, hökumətin fəaliyyətini tənqid edənlərin əksəriyyətinin fikirləri və səsləndirdikləri rəqəmlər reallığı əks etdirmir və qərəzli yanaşmadan irəli gəlir. S.Şərifov belə deputatları obyektiv olmağa çağırıb.

Nazir deyib ki, millət vəkillərinin təklifləri öyrəniləcək və 2008-ci ilin büdcəsi hazırlanan zaman nəzərə alınacaq.

Müzakirələrdən sonra 103 nəfər lehinə, 5 nəfər əleyhinə və 5 nəfər bitərəf olmaqla hesabat qəbul olunub.

Xəbər lenti

Xəbər lenti