...

Avropa İttifaqının xüsusi nümayəndəsi:İndi Azərbaycan və Ermənistan ictimaiyyətlə daha fəal iş aparmalıdır

Siyasət Materials 20 Mart 2007 10:41 (UTC +04:00)
Avropa İttifaqının xüsusi nümayəndəsi:İndi Azərbaycan və Ermənistan ictimaiyyətlə daha fəal iş aparmalıdır

Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/İndi Azərbaycan və Ermənistan sülh müqaviləsinin imzalanması üçün ictimaiyyətlə daha fəal iş aparmalıdır. Bu barədə Trend ə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bəyan edib.

Xüsusi nümayəndə hesab edir ki, bu münasibətdə hər Ermənistan, həm Azərbaycan tərəfindən xeyli iş görülə bilər. Onun fikrincə, bu vaxta qədər bu məsələyə kifayət qədər diqqət ayrılmayıb.

BMT-nin Parlament Assambleyasının prezidenti Qoran Lenmarkerin Ermənistanda parlament seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli üçün sülh müqaviləsinin imzalanması ilə bağlı bəyanatını şərh edən Semnebi sülh müqaviləsinin tezliklə imzalancağına ümidvar olduğunu bildirib. Onun fikrincə, bu, hər iki tərəfin cəsarətindən asılıdır. "Münaqişənin təxminən iki onilliyindən sonra tərəflərə artıq müqavilənin imzalanması ilə bağlı ciddi məşğul olmaq lazımdır. Ümid edirik ki, ötən ilin sonunda verdiyimiz ideyanın prinsiplərinə və prezidentlər Əliyev və Köçəryanın Minskdəki görüşünə əsasən, razılıq əldə etmək mümkündür".

Xəbər lenti

Xəbər lenti