...

Gülər Əhmədova: "YAP-dan axın olacağı haqqında yayılan məlumatların heç bir əsası yoxdur"

Siyasət Materials 30 Mart 2007 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Yeni Azərbaycan Partiyasını kimlərinsə tərk edəcəyi və bu partiyadan axın olacağı haqqında yayılan məlumatların heç bir əsası yoxdur. Bunu cümə günü Bakıda hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputat Gülər Əhmədov deyib.

Onun fikrincə, YAP-ın gələcəyi barədə narahat olmağa ehtiyac yoxdur: "YAP üzvləri bu partiyaya nə Əli İnsanova, nə də ki Sirus Təbrizliyə görə gəlməyiblər. YAP-ın qurucusu və yaradılmasında əməyi olan şəxs mərhum eks-prezident Heydər Əliyevdir. İndi partiyanın sədri olan prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ona böyük rəğbət qazandırıb."

Millət vəkili hesab edir ki, bundan sonra da YAP-a üzv olanların sayı artmaqda davam edəcək.

YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 ildir ki, hakim partiya olan YAP-ın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti