...

Müdafiə Nazirliyi: "Azərbaycan heç bir xarici dövlətə onun ərazisindən qonşu dövlətlərə qarşı istifadə edilməsinə imkan və şərait yaratmayacaq"

Siyasət Materials 2 Aprel 2007 11:03 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend E. Hüseynli/ Azərbaycan Müdafiə Nazirliyi (MN) Azərbaycanın heç bir xarici dövlətə onun ərazisindən qonşu dövlətlərə qarşı istifadə edilməsinə imkan və şərait yaratmayacağı barədə bəyanat yayıb. MN bəyan edir ki, Azərbaycan Əfqanıstanda keçirilən antiterror əməliyyatlarında antiterror koalisiyasının üzvü kimi koalisiya üzvlərinə öz hava məkanından istifadə etməyə icazə verib.

ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə müavini Metyu Brayza martın 30-da Gürcüstanın paytaxtı Tiflis şəhərində keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ zərurət yaranarsa, Azərbaycandakı aerodromlardan hərbi məqsədlər üçün istifadəyə ümid edir.

Xəbər lenti

Xəbər lenti