...

Rusiyanın Federal Miqrasiya Xidməti: Bazarlarda yoxlamaların aparılması ilə bağlı heç bir göstəriş verilməyib

Siyasət Materials 2 Aprel 2007 16:58 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend E.Hüseynov/Rusiyanın Federal Miqrasiya Xidməti (FMX) RF-də aprelin 1-dən ərzaq bazarlarında xarici ölkə vətəndaşlarının işinə qadağanın qoyulması ilə bağlı qərarı ilə əlaqədar heç bir reyd aparmayıb. Bu barədə Trend ə Rusiya FMX-in ictimaiyyətlə əlaqələr şöbəsi sədrinin müavini Denis Soldatikov məlumat verib.

Onun sözlərinə görə, yoxlamalar və xüsusi reydlərin aparılması ilə bağlı heç bir göstəriş verilməyib. "Biz plana əsasən, öz rejimimizdə işləyirik. Əgər bizim prinsipcə daim apardığımız yoxlamalarda hökumət qərarının pozulması halları aşkarlansa, adminstrativ qanunvericiliyə uyğun tədbirlər görüləcək", deyən mətbuat xidmətinin nümayəndəsi əlavə edib ki, "FMX heç kimi izləmir və axtarmır".

D.Soldatikov qeyd edib ki, miqrasiya xidmətində hələ ki, ilin əvvəlindən qüvvədə olan qərarın tələblərini pozan şəxslər arasında azərbaycanlıların olub-olmaması barədə məlumat yoxdur. Pozuntular haqqında statistika hər yarımildən bir hazırlanır.

Xəbər lenti

Xəbər lenti