...

Azərbaycan MDB büdcəsinə ödəmələrlə bağlı üzərinə götürdüyü öhdəlikləri 100% yerinə yetirir

Siyasət Materials 2 Aprel 2007 18:28 (UTC +04:00)

Ukrayna, Kiyev/ Trend müxbir Z.Novosvitski/ Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyinin vahid büdcə orqanına ödəmələrlə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Bu barədə 2007-ci ildə MDB vahid büdcə orqanına üzv dövlətlər tərəfindən köçürmələr barədə məlumatda göstərilib.

Trend in xüsusi müxbirinin verdiyi məlumata görə, bu sənəd martın 30-da Moskvada keçirilən MDB İqtisadi Şurasının 33-cü iclasında müzakirə olunub.

Verilən məlumata əsasən, 2007-ci ildə MDB büdcəsinə Azərbaycan tərəfindən ödənilməli olan vəsait 5,391 mln. rubl müəyyənləşdirilib. 2006-cı il üçün Azərbaycan MDB vahid büdcəsinə ödəmələr üzrə öz öhdəliyini 100% yerinə yetirib. 2006-cı ildə MDB büdcəsi 278,589 mln. rubl təşkil edib. Cari il üçün isə bu rəqəm 336,735 mln. rubl nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti