...

Azərbaycan prezidenti ABŞ konqresmenləri ilə görüşüb

Siyasət Materials 3 Aprel 2007 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı konqresmen Pit Hoekstranın başçılıq etdiyi Amerika nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini, parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb. Prezident bu səfərin ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə xidmət edəcəyinə əminliyini bilirib. P.Hoekstra həmçinin bu səfərin parlamentlərarası əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etdiyini və hər iki ölkənin maraqları üçün faydalı olacağını söyləyib.

Xəbər lenti

Xəbər lenti