...

Daha bir müxalifət partiyası müxalifətin yeni birliyində təmsil olunmayacaq

Siyasət Materials 5 Aprel 2007 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifətyönlü Vətəndaş Həmrəyliyi Partiyası (VHP) müxalifətin yeni yaradılacaq birliyində təmsil olunmayacaq. Bu barədə VHP sədri Sabir Rüstəmxanlı açıqlama verib.

O bildirib ki, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu müxalifətin yeni birliyinin yaradılması ilə bağlı ona da müraciət edib: "Biz bu barədə müzakirə apardıq, amma söhbətimizdən sonra bizim partiyaya heç bir təklif gəlməyib, əlaqə saxlanılmayıb. VHP müxalifət partiyaları arasında aparılan danışıqlarda iştirak etmir və yaradılacaq yeni qurumda da təmsil olunmayacağıq"-deyə Rüstəmxanlı bilbirib.

1992-ci ildə VHP-ni yaradan S.Rüstəmxanlı 1991-95-ci illərdə mətbuat və informasiya naziri, 2003-cü il prezident seçkilərində isə prezidentliyə namizəd olub. Partiya parlamentdə iki deputatla təmsil olunur.

Xəbər lenti

Xəbər lenti