...

Prezident İlham Əliyev xalq şairi Qabillə vida mərasimində iştirak edib

Siyasət Materials 5 Aprel 2007 17:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Prezident İlham Əliyev cümə axşamı xalq şairi Qabillə vida mərasimində iştirak edib. Vida mərasimi saat 12.00-dan 15.00-dək Dövlət Mahnı Teatrının binasında keçirilib.

Vida mərasimində baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın tanınmış şair və yazıçıları, alimlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xalq şairi Qabil Fəxri Xiyabanda torpağa tapşırılıb.

Şair Qabil aprelin 3-də 81 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti