...

YAP rəsmisi: "Müxalifətin qarşıdakı seçkilərdə qələbə qazanmaq üçün heç bir şansı yoxdur"

Siyasət Materials 9 Aprel 2007 12:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Müxalifətin nəyin ki, 2008-ci ilin prezident seçkilərində, heç 2010-cu və 2013-cü illərdə keçiriləcək seçkilərdə də qələbə qazanmaq üçün heç bir şansı yoxdur. Bu barədə bazar ertəsi Bakıda son günlər müxalifət düşərgsində baş verən prosesləri şərh edən hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Onun fikrincə, müxalifətin YAP-ın namizədi ilə mübarizə apara biləcək namizədi yoxdur.

"Müxalifətin real və normal namizəd müəyyənləşdirmək üçün heç bir potensialı mövcud deyil. Bu düşərgənin namizədləri üzdədir və indiyə qədər keçirilən seçkilərdə onlar 1 faizdən az səs toplayıb", - deyə YAP rəsmisi əlavə edib.

S.Novruzov deyib ki, müxalifətin vahid namizəd müəyyənləşdirməsi mümkün deyil. Hətta bu düşərgənin vahid namizədi olsa belə, o, YAP namizədi ilə mübarizə apara bilməz. YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 ildir ki, hakim partiya olan YAP-ın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti