...

Knesset nümayəndə heyətinin Bakıya səfəri başlayıb

Siyasət Materials 16 Aprel 2007 11:39 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. " S.Ağayeva / İsrail parlamentinin (Knesset) dörd üzvü Bakıya başlayan səfərləri çərçivəsində Milli Məclisdə və Azərbaycanın bəzi nazirliklərində görüşlər keçirəcəklər. İsrail parlamentarilərinin nümayəndə heyətinə vitse-spikerlər Amnon Koen və Gideon Saar, habelə deputatlar Ran Koen və Robert İlatov daxildir. Bu barədə bazar ertəsi İsrailin Azərbaycandakı səfirliyindən məlumat veriblər.

Knesset üzvləri Milli Məclis, Xarici İşlər Nazirliyi və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində görüşlər keçirəcəklər. Qeyd edək ki, bu səfər "Soxnut" cəmiyyətinin dəvəti əsasında gerçəkləşdirilir.

Xəbər lenti

Xəbər lenti