...

Nazir: "Yaxın günlərdə Bakıda Avropa gənclərinin forumu keçiriləcək"

Siyasət Materials 17 Aprel 2007 11:56 (UTC +04:00)
Nazir: "Yaxın günlərdə Bakıda Avropa gənclərinin forumu keçiriləcək"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Yaxın günlərdə Bakıda Avropa gənclərinin forumu keçiriləcək. Bu barədə Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Təşkilatının təşəbbüsü ilə çərşənbə axşamı Bakıda keçirilən beynəlxalq konfransda gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.

"Gənc liderlər dünyada sülh və təhlükəsizliyin tərəfdarıdır" şüarı altında keçirilən tədbirdə nazir qeyd edib ki, artıq Azərbaycan beynəlxalaq gənclər təşkilatlarının toplantılarının keçirildiyi məkana çevrilib. Nazirin sözlərinə görə, bu il elan olunmuş "Gənclər ili" çərçivəsində Azərbaycanda bir sıra beynəlxalq toplantıların təşkili də nəzərdə tutulur.

YAP-ın sədr müavini və icraçı katibi Əli Əhmədov da tədbirdə çıxış edərək bildirib ki, hazırda dünyanı narahat edən terrorizm və digər qlobal problemlərə qarşı mübarizəyə gənclərin qoşulması vacib məqamdır. Onun fikrincə, ayrı-ayrı regionlarda, xüsusilə Qafqazda olan münaqişələrin həlli istiqamətində səmərəli addımlar atılmaması dünyada sülh və təhlükəsizliyin təmin edilməsinə ciddi problem yaradır.

Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarslıoğlu bildirib ki, bu cür toplantıların Bakıda keçirilməsi ölkənin Avroatlantik məkanda nüfuza malik ölkələrdən biri olmasını göstərir. Səfir gənclərə dünyada baş verən münaqişələrin səbəblərini analiz etməyi, XX əsrin ikinci yarısında dünyada yaranmış münaqişələrin kökündə neft amilinin dayanmasının dərindən təhlilini aparmağı tövsiyə edib.

Toplantıda səkkiz ölkəni təmsil edən gənclər təşkilatlarının nümayəndələri iştirak edir. Bu iştirakçıların birgə təsisçiliyi ilə "Gənc liderlər dünyada sülh və təhlükəsizliyin tərəfdarıdır" Beynəlxalq Hərəkatının yaradılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti