...

MDB-nin XİNŞ-i növbəti iclasda Birliyin inkişafı üzrə təxminən iyirmi məsələ müzakirə edəcək

Siyasət Materials 17 Aprel 2007 13:09 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) aprelin 25-də Astanada (Qazaxıstan) keçirilməsi planlaşdırılan növbəti iclasında təxminən 20 məsələnin müzakirəsi planlaşdırılır. İclas gündəliyinin layihəsi MDB-nin İcra Komitəsi, Birliyin iştirakçı-dövlətlərinin səlahiyyətli daimi üzvlərinin Şurası ilə birgə formalaşdırılıb. Bu barədə çərşənbə axşamı günü İcra Komitəsindən məlumat verilib. 5 məsələ üzrə yekun qərar XİNŞ-də veriləcək. Xarici işlər nazirləri MDB iştirakçı dövlətlərinin mədəni əməkdaşlıq üzrə Şurasının və təbii və texnogen xarakterli fövqəladə hallar üzrə dövlətlərarası Şuranın fəaliyyətini müzakirə edəcək və onların hesabatları üzrə qərar qəbul edəcək. İclas iştirakçıları 2006-cı il üçün Müstəqil Dövlətlər Birliyi çərçivəsində yüksək səviyyəli xarici işlər nazirlikləriarası planın reallaşdırılması məsələsini və 2007-ci il üçün məsləhətlər planını nəzərdən keçirəcək. İclasda həmçinin Abxaziyada (Gürcüstan) münaqişə zonasında sülhün bərqərar edilməsi üzrə kollektiv qüvvələrin fəaliyyətinə aid sənədlər nəzərdən keçiriləcək.

Kadrların hazırlanması, təhsil, birgə film istehsalı, MDB iştirakçı dövlətlərinin dövlət və ictimai teleradio təşkilatları rəhbərləri Şurasının yaradılması məsələlərinin XİNŞ tərəfindən bəyəniləcəyi təqdirdə gələcəkdə MDB hökumət başçıları Şurası səviyyəsində nəzərdən keçirilməsi planlaşdırılır.

Xarici işlər nazirləri həmçinin 25 may 2007-ci il tarixində Yalta şəhərində keçirilməsi nəzərdə tutulan MDB-nin hökumət başçıları Şurasının növbəti iclası üçün gündəlik layihəsini müzakirə edəcək.

Xəbər lenti

Xəbər lenti