...

Azərbaycanın üç müxalifət partiyası yeni İttifaq yaratdı - versiya 2

Siyasət Materials 18 Aprel 2007 15:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifətin yeni yaratdığı "Demokratiya Uğrunda İttifaq"a qoşulmaq üçün 14 partiya ilə danışıqlar aparılarkən onlardan heç biri etirazını bildirməmişdi. Bu açıqlamanı çərşənbə günü Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bildirib.

Həmin gün üç müxalifət partiyası - Azadlıq Partiyasının sədri Əhməd Oruc, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu və Milli Demokratiya (Boz Qurd) Partiyasının sədri İsgəndər Həmidov "Demokratiya Uğrunda İttifaq"ın yaradılmasına dair saziş imzaladılar. Yeni birliyin əsas təşkilatçısı və təşəbbüskarı olan Mirəlioğlu bildirib ki, bu qurumun ərsəyə gətirilməsi üçün partiyaların cavabını bir müddət gözləyib.

"Bu məsələyə azərbaycansayağı münaisbət var idi. Ona görə də İttifaqın təsis konfransının vaxtını üç dəfə dəyişdik. Toplantının keçirilməsi üçün yer kirayələdik, lakin sonra vaxtını dəyişməyə məcbur olduq. Heç bir partiya bu təşkilatın yaranmasına dair sənədə imza atmayacağını deməyib, bu birliyə qoşulmaqdan imtina etməyib. Lakin sona üç partiya qaldı və imzalanma məraismində iştirak etdi" - deyə Mirəlioğlu bildirib.

Mirəlioğlu onu da əlavə edib ki, qalan 11 partiyanın bu birlikdə təmsil olunmaqdan yayınmasının səbəblərini bilir. Lakin KXCP sədri bunu açıqlamaq istəmədiyini deyib.

Xəbər lenti

Xəbər lenti