...

Avstriyada "Rusiya-Avropa: Cənubi Qafqaz və Qara dəniz regionunda siyasət" mövzusunda seminar keçiriləcək

Siyasət Materials 23 Aprel 2007 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Aprelin 23-24-də Avstriyada III "Avropa-Rusiya" İqtisadi Forumu keçiriləcək. Bu barədə cin mətbuat xidmətindən məlumat verilib.

Forumda "Rusiya-Avropa: Cənubi Qafqaz və Qara dəniz regionunda siyasət" mövzusunda seminar da keçiriləcək. Forum çərçivəsində həmçinin, müasir Avropa və problemlər, Avropa dəyərləri və Rusiya cəmiyyəti, ABŞ və Avropa Birliyi ilə  əməkdaşlıq, sərmayə qoyuluşu, Avropanın enerji tələbatı məsələləri  müzakirə olunacaq.

Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Valeh Ələsgərov tədbirdə  iştirak edəcək. Vitse-spiker forumda ölkəmiz üçün  maraq kəsb edən məsələlərin müzakirəsində fəal iştirak edəcək, Azərbaycan tərəfinin mövqeyini  bildirəcək.

Xəbər lenti

Xəbər lenti