...

Azərbaycanın hakim partiyası prezident seçkiləri ilə bağlı fəaliyyət strategiyasını müəyyənləşdirib

Siyasət Materials 23 Aprel 2007 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli / Hakim Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycanda keçiriləcək prezident seçkilərinə dair fəaliyyət strategiyasını müəyyənləşdirib. YAP icra katibinin müavini Səyavuş Novruzov bazar ertəsi jurnalistlərə açıqlamasında bildirib ki, partiya 500-ə qədər seçicisi olan məntəqədə bir, 500-dən 1000-ə qədər seçicisi olan məntəqədə iki, 1000-dən yuxarı seçicisi olan məntəqədə isə üç üzvü ilə müşahidəçi qismində təmsil olunacaq. Onun sözlərinə görə, partiyanın seçki komissiyalarında təmsil olunacaq üzvlərinə beynəlxalq təşkilatların iştirakı ilə seçki prosedurlarına dair treyninqlər keçiriləcək. Novruzov bildirib ki, hazırda YAP seçki planının hazırlığına başlayıb.

Xəbər lenti

Xəbər lenti