...

İran birtərəfli qaydada Naxçıvan vətəndaşlarına pulsuz vizaların tətbiqinə başlayıb

Siyasət Materials 30 Aprel 2007 16:38 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Bazar ertəsindən etibarən İran birtərəfli qaydada İrana səfər etmək arzusunda olan Naxçıvan vətəndaşlarına birtərəfli qaydada pulsuz vizaların verilməsinin tətbiqinə başlayıb. Bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Feyzullahi məlumat verib.

İran tərəfi bir neçə gün bundan əvvəl Azərbaycan XİN-ə Naxçıvan Muxtar Respublikası vətəndaşları üçün viza rejiminin ləğv olunması barədə İranın hazır olmasını əks etdirən nota təqdim edib. Hazırlığını vurğulamaq üçün İran tərəfi Azərbaycan tərəfinin cavabını gözləmədən yeni praktikanın tətbiqinə başlayıb, deyə diplomat məlumat verib. Yeni qaydalar yalnız Naxçıvan vətəndaşları üçün tətbiq olunur, deyə o qeyd edib.

Yeni qaydaların tətbiqindən əvvəl İrana viza 35 avro məbləğində olub.

Xəbər lenti

Xəbər lenti