...

Millət vəkili: Deputatların seçiciləri tərəfindən geri çağırılması mümkün deyil

Siyasət Materials 2 May 2007 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Dünyanın inkişaf etmiş demokratik dövlətlərində deputatın seçiciləri tərəfindən geri çağırılmasını nəzərdə tutan mexanizim yoxdur və bu məsələnin Azərbaycanda tətbiq olunması mümkün deyil. Bu barədə çərşənbə günü Bakıda hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə bildirib.

Millət vəkili qeyd edib ki, deputatın seçiciləri tərfindən geri çağırılması SSRİ dövründə mövcud olub və bu, heç də demokratik prinsiplərə uyğun prosedur deyil. O qeyd edib ki, seçicilər deputatı həmişəlik deyil, beş il müddətinə seçirlər: "Əgər deputat seçicilərinin edimadını doğurltmursa, həmin şəxsin yenidən parlamentə seçilməsi mümkün deyil. Bu isə kifayət qədər demokratik bir mexanizmdir".

Ana Vətən Partiyası (AVP) sədrinin müavini, millət vəkili Zahid Oruc hesab edir ki, Azərbaycan qanunvericiliyində deputatın seçiciləri tərəfindən geri çağırılmasını nəzərdə tutan preosedur yaratmaq real deyil və bu məsələnin müsbət nəticə verəcəyi şübhə doğurur.

Onun sözlərinə görə, dünyanın heç bir ölkəsinin qanunvericiliyində millət vəkilinin seçiciləri tərəfindən geri çağırılmasını nəzərdə tutan mexanizim yoxdur.

Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn də hesab edir ki, Azərbaycan qanunvericiliyində millət vəkilinin seçiçiləri tərəfindən geri çağırılmasmını nəzərdə tutan mexanizim yaratmaq olmaz. Çünki bu məsələdən kimlərsə sui-istifadə edə bilərlər.

Müsavat deputat qrupunun üzvü Nəsib Nəsibli Azərbaycan qanunvericiliyində millət vəkillərinin seçiciləri tərəfindən geri çağırılması ilə bağlı mexanizmin yaradılması təklifi ilə çıxış edib. Onun həmkarları isə bu təkliflə razılaşmırlar.

Xəbər lenti

Xəbər lenti