...

Azərbaycanda Gənclər Fondu yaradılacaq

Siyasət Materials 4 May 2007 11:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Ş.Əlizadə/ "Gənclər siyasəti haqqında" qanuna edilməsi nəzərdə tutulan əlavəyə əsasən Gənclər Fondunun yaradılması nəzərdə tutulur. Bu barədə cümə günü Milli Məclisin Sosial siyasət daimi komissiyasından məlumat verilib.

Məlumata görə, belə bir fondun yaradılmasında məqsəd dünya gəncləri arasında sülhün, qarşılıqlı anlaşmanın və əməkdaşlığın gücləndirilməsi, gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial, humanitar sahələrə yönəldilmiş fəaliyyətin stimullaşdırılması üçün lazımi vəsaitdən istifadə etməkdir. Fondun vəsaiti, həmçinin gənc kadrların hazırlanması, istedadlı və yaradıcı gənclərin aşkar edilməsi məqsədilə həyata keçirilən tədbirlərə də yönəldiləcək.

Xəbər lenti

Xəbər lenti