...

Ukrayna XİN başçısının müavini: "BMT istənilən an GUAM ölkələrində mövcud dondurulmuş münaqişələrin müzakirəsinə başlaya bilər"

Siyasət Materials 4 May 2007 13:35 (UTC +04:00)
Ukrayna XİN başçısının müavini: "BMT istənilən an GUAM ölkələrində mövcud dondurulmuş münaqişələrin müzakirəsinə başlaya bilər"

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ "BMT hər hansı məsələni gündəliyə daxil edibsə, istədiyi qədər onun müzakirəsini uzada bilər. Bu, onun hüququdur". Bu sözləri cümə günü jurnalistlərə açıqlamasında Ukrayna xarici işlər nazirinin müavini Andrey Vasilevski BMT-də GUAM ölkələrinin ərazisində dondurulmuş münaqişələrin müzakirəsinin uzadılması məsələsini şərh edərkən deyib.

Nazir müavininin sözlərinə görə, qətnamənin baxılması bilavasitə məqsəd deyil. "Başlıca vəzifə ondan ibarətdir ki, elə bir şərait yaradılmalıdır ki, bu və ya digər münaqişələrə səbəb olan ölkələr çoxluğun onların tərəfində olmadığını hiss etsinlər və səhv olduqlarını anlasınlar, sonra isə öz mövqelərinə dəyişikliklər etsinlər. Başa düşmək lazımdır ki, bir tərəfi yox, bütün tərəfləri qane edən mövqeyə dönmək gərəkdir" - deyə diplomat vurğulayıb.

Qeyd edək ki, GUAM ölkələrinin ərazisində mövcud dondurulmuş münaqişələrin həlli ilə bağlı BMT-də müzakirələrin aparılması təşəbbüsünü Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova irəli sürüb. Sonra bu məsələ BMT sessiyasının gündəliyinə daxil edilib.

Xəbər lenti

Xəbər lenti