...

Mayın 10-da Bakının Dənizkənarı Milli Parkında Gül Bayramı təşkil olunacaq

Siyasət Materials 7 May 2007 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın eks-prezidenti Heydər Əliyevin doğum günü münasibətilə mayın 10-da Bakının Dənizkənarı Milli Parkında Gül Bayramı keçiriləcək. Bu barədə bazar ertəsi Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bakı Şəhər İcra Hakimiyyətinin kollektivi həmin gün saat 10.00-da Əliyevin heykəli qarşısına əklil qoyacaq. Saat 12.00-da Dənizkənarı Milli Parkda paraşüt qülləsinin önündə Gül Bayramının açılışı olacaq. Mərasimdə müxtəlif ekspozisiyalar, gülləri təsvir edən stendlər, asfalt üzərində güllərdən rəsmlər, dibçək gülləri, müxtəlif tikmələr, nadir quşlardan ibarət canlı guşələr nümayiş etdiriləcək.

Saat 12.30-da musiqi proqramı bölməsi nominasiyaları üzrə müsabiqə başlanacaq. Axşam saat 22.00-da isə Milli Parkda incəsənt ustalarının iştirakı ilə konsert olacaq. Gül Bayramı saat 24.00-da möhtəşəm atəşfəşanlıqla başa çatacaq.

Xəbər lenti

Xəbər lenti