...

Ukraynalı politoloq: Baş nazirin son bəyanatı parlamentə legitimlik verilməsi və seçkilərin tarixini uzatmaq məqsədi daşıyır

Siyasət Materials 8 May 2007 20:37 (UTC +04:00)
Ukraynalı politoloq: Baş nazirin son bəyanatı parlamentə legitimlik verilməsi və seçkilərin tarixini uzatmaq məqsədi daşıyır

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ Ukraynada vəziyyətin modelləşdirilməsi Agentliyinin direktoru, poliotoloq Vitali Bala hesab edir ki, baş nazir Viktor Yanukoviçin Ali Radaya seçkilərin keçirilməsi barədə qərar qəbul etmək hüququnun parlamentə verilməsi bəyanatının məqsədi seçkilərin tarixini uzatmaq və parlamentə legitimlik verməkdir.

Bazar ertəsi Yanukoviç bildirib ki, vaxtından əvvəl seçkilərin keçirilməsinin məqsədəuyğunluğu barədə məsələni parlamentin müzakirəsinə qoymaq lazımdır. "Bu siyasi məsələdir, ilk növbədə parlamentdə iştirak edən siyasi partiyalar tərəfindən qəbul olunmalıdır".

Çərşənbə axşamı Kiyevdən telefonla müsahibəsində Bala bildirib ki, parlamentə legitimlik verməklə Yanukoviç Ali Radanın sədri Aleksandr Morozu dəstəkləyir. "Yanukoviç və Ukrayna hökuməti üçün ən münasib variant seçkiləırin payızda keçirilməsidir. Bu, hökumətə yasxşı fəaliyyət nümayiş etdirərək müxalifətin mübarizəsini aşağı salmağa imkan verəcək ki, bu da seçkilərdə nəticələrə təsir edəcək", - deyə politoloq güman edir.

Ukraynada növbədənkənar parlament seçkilərində iştirak etmək üçün meqablok da yaradıla bilər. "Bizim Ukrayna"nın lideri Vyaçeslav Krilenkonun bu gün bəyan etdiyinə görə, "Bizim Ukrayna" "İrəli Ukrayna!" və digər altı partiyanın nümayəndələri növbədənkənar seçkilkərdə iştirak etmək üçün böyük blokun yaradılması ilə bağlı danışıqların növbəti mərhələsini keçirib. "Danışıqların bütün iştirakçıları qəti surətdə əmindirlər ki, seçkilərdə yalnız birləşmiş demokratik qüvvələr qələbə qazana bilər",-deyə o bildirib.

Bala "Bizim Ukrayna" partiayasının lideri Vyaçeslav Krilenkonun meqablok yaratmaqla növbədənkənar seçkilərdə iştirak planları ilə bağlı da rəyini bildirib. Arzular həyata keçirilir. Bu danışıqların iştirakçılarının ambisiyaları elə "yeni" və "böyük"dür ki, sanki 2006-cı iln martında Ali Radaya seçkilərdən dərhal sonra "narıncı" koalisiya yaradılması zamanı uğursuzluq olmamışdı. Belə təəssürat yaranır ki, tarix və və təcrübə indiki müxalifət liderlərinə heç nə öyrətmir", - deyə politoloq bildirib.

Bundan əlavə, ekspertin fikrincə, seçki kampaniyalarının keçirilməsi nöqteiyi-nəzərindən "Xalq müdafiəsi" ictimai hərəkatı və onun lideri Yuri Lusenkonun seçkilərə blokla getməyəcəyi daha əlverişli görünür. Belə olduqda müxalifətin əsas gümanı USP-nin seçicilərinə qalır ki, onlar da sağ partiyaların təmsil olunduğu bloka səs verməyəcək. Balanın fikrincə, danışıqların digər iştirakçılarına bu blok ona görə lazımdır ki, onlar öz seçiciləri hesabına 3 faizlik baryeri aşa bilməyəcəklər.

Xəbər lenti

Xəbər lenti