...

Səfir: "Ukrayna prezidenti Azərbaycana səfər edəcək"

Siyasət Materials 14 May 2007 14:06 (UTC +04:00)
Səfir: "Ukrayna prezidenti Azərbaycana səfər edəcək"

Azərbaycan,Bakı/müxbir Trend E.Hüseynov/Ukrayna prezidenti Viktor Yuşşenko 18-19 iyuna təyin olnmuş GUAM sammitinin işində iştirak etmək məqsədilə Azərbaycana səfər etmək niyyətindədir.

Postsovet ölkələri olan Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova bu formatı 1999-cu ildə MDB-yə alternativ olaraq Starsburqda Avropa Birliyinin dövlət başçılarının sammitində yaradıb. 1999-cu ildə təşkilata Özbəkistan qoşulur, lakin 4 ildən sonra təşkilatı tərk edir. GUAM enerji daşıyıcılarının nəql olunması layihəsinin potensial iştirakçı dövlətlərinin iqtisadi birliyi kimi yaradılmışdır. Tədricən onun fəaliyyətində hərbi-siyasi, o cümlədən sülhmərəamlı qüvvələrin yaradılması layihəsi də yer alır.

"MDB çərçivəsində ölkələr çoxdur. Ölkələr müxtəlifdir. Bəzən maraqlar ziddiyyət təşkil edir, məsələn Azərbaycan və Ermənistan arasında. Ümumi məxrəcə necə gəlmək olar? GUAM təşkilatı bu mənada fərqlidir. Problemləri çox yaxın, eyni yanaşmaları olan dörd ölkə. Buna görə də hər hansı bir qərara gəlmək və ölkələrimiz qarşısında duran məqsədləri yerinə yetirmək asandır" - deyə Ukraynanın Azərbaycandakı səfiri Volkovetski bildirib.

Onun sözlərinə görə, qarşıdan gələn sammitin prosedurları və bütün lazımi məsələlər bu yaxınlarda Bakıda keçirilən GUAM milli koordinatorlarının iclasında uğurla razılaşdırılıb. Qarşıdan glən sammitin gündəliyi sammit öncəsi GUAM xarici işlər nazirlərinin iclasında bir daha müzakirə olunacaq.

Qarşıdan gələn sammitin gündəliyi ilə bağlı suala cavab verən diplomat qeyd edib ki, sammitin iş planını və səsləndiriləcək müəyyən niyyətləri elan etmək hələ tezdir.

Qarşıdan gələn sammitin gündəliyi ilə bağlı suala cavab verən diplomat qeyd edib ki, sammitin iş planını və səsləndiriləcək müəyyən niyyətləri elan etmək hələ tezdir.

Xəbər lenti

Xəbər lenti