...

Azərbaycanda qadın hüquqşünasların assosiasiyası təsis olunub

Siyasət Materials 14 May 2007 18:55 (UTC +04:00)
Azərbaycanda qadın hüquqşünasların assosiasiyası təsis olunub

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Yeni yaradılmış Azərbaycan Qadın Hüquqşünasları Assosiasiyasının gələcək fəaliyyətinin əsas istiqamətləri demokratik vətəndaş cəmiyyətinin qurulumasında Azərbaycan hökumətinə dəstək göstərilməsi, qadın hüquqlarının müdafiəsi və ölkədə gender bərabərliyinin təmin olunması olacaq.

Azərbaycan hökuməti beynəlxalq strukturlar qarşısında bir sıra öhdəliklər götürüb, onların yerinə yetirilməsi ən çox ictimai təşkilatlardan asılıdır, deyə bazar ertəsi assosiasiyanın fəaliyyətə başlanmasına həsr olunmuş mətbuat konfransında ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib.

Səfir demokrtik cəhətdən inkişaf etmiş cəmiyyətin əsas pirnsipləri arasında aşağıdakıları sadalayıb: söz azadlığının təminatı, insan haqlarına hörmət, qanunun aliliyinin təminatı və vətəndaş cəmiyyətinin maarifləndirilməsi. Qadın hüquqşünaslar assosiasiyası prinsiplərin həyata keçirilməsində əhəmiyyətli rol oynaya bilər, deyə səfir qeyd edib.

Assosiasiya Mərkəzi Avropa Hüquqi Təşəbbüs və Avrasiya Amerika Hüquqşünasları Assosiasiyasının (ABA CEELI) təşəbbüsu ilə yaradılıb. Təşkilata maliyyə dəstəyini ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) göstərir. Bu barədə mətbuat konfrasında ABA CEELI ofisinin rəhbəri Frenk Qesre məlumat verib. Assosiasiya qadınlara sosial problemlərin həllində köməklik göstərməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti