...

Müxalifət blokunun hazırladığı qanun layihəsi diplomatik korpusda müzakirə olunur

Siyasət Materials 16 May 2007 12:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan müxalifətini təmsil edən "Azadlıq" siyasi blokunun hazırladığı "Seçki Məcəlləsinə əlavə və dəyişikliklərə dair" qanun layihəsi beynəlxalq təşkilatların nümayəndəlikləri tərəfindən müzakirə olunur. Bu barədə "Azadlıq" blokunun həmtəsisçisi, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev çərşənbə günü məlumat verib.

Əliyevin sözlərinə görə, Avropa Şurasından bu sənədlə maraqlanıblar və layihənin nüsxəsinin onlara təqdim olunmasını istəyiblər. Əliyev bildirib ki, blokun hazırladığı sənəd Azərbaycanda fəaliyyətdə olan diplomatik korpusa təqdim edilib.

"Azadlıq" bloku seçki komissiyalarının ötən parlament seçkilərində namizədləri ölkə üzrə bütün səslərin bir faizindən artıq səs toplamış partiyalardan ibarət formalaşdırılmasını təklif edir. Bunlar isə bir iqtidar, dörd müxalifət partiyasıdır.

"Azadlıq" blokunda üç müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti