...

Azərbaycanın hakim partiyası müxalif partiyanın təkliflərinin müzakirəsinə hazırdır

Siyasət Materials 17 May 2007 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədov cümə axşamı bəyan edib ki, ölkənin müxalif Azərbaycan Demokrat Partiyasının (ADP) prezident seçkiləri ilə bağlı təklif və tövsiyələri müzakirə predmeti ola bilər. Onun sözlərinə görə, ADP hər hansı maraqlı təkliflə çıxış etsə, YAP buna diqqətlə yanaşacaq.

"Prezident seçkiləri ilə bağlı partiyanın seçki konsepsiyası kifayət qədər geniş və əhatəli olacaq. Bu konsepsiyada təbii ki, Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin arzuları əks etdiriləcək" -deyə YAP təmsilçisi söyləyib.

ADP sədri Sərdar Cəlaloğlu bir müddət öncə mətbuata açıqlamasında bəyan edib ki, YAP seçki konsepsiyasına ADP-nin təkliflərini daxil etsə, partiya YAP-ın namizədini dəstəkləyə bilər.

Müxalifətyönlü, sağ mərkəzçi partiya olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən təsis edilib.

YAP 1992-ci ildə həmin vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 14 ildir hakim partiya olan YAP-ın hazırkı sədri Azərbaycan prezidenti İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti