...

Müxalifət qüvvələri əməkdaşlıq təşəbbüsü ilə çıxış edir

Siyasət Materials 24 May 2007 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Milli İstiqlal Partiyası Azərbaycanda müstəqil mətbuata və azad sözə qarşı yaranmış təhlükənin, basqınların qarşısının alınması, bu problemlərdən çıxış yollarının tapılması üçün bütün qeyri-hökumət təşkilatlarını, siyasi partiyaları, nüfuzlu ictimai xadimləri və ziyalıları, hüquq müdafiəçilərini, KİV təmsilçilərini əməkdaşlığa çağırır. Bu barədə AMİP-in cümə axşamı yaydığı bəyanatda bildirilir.

Partiya hesab edir ki, son dövrlər müstəqil KİV-lərə yönəlmiş təzyiqlər, jurnalistlərin həbsi, onlara qarşı fiziki güc tətbiq olunması, "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qatillərinin tapılmaması bu peşə sahiblərinin həyatına və fəaliyyətinə təhlükələr yaradıb. Pariyanın mövqeyinə görə, azad mətbuata təzyiqlər həm xalqın mənafelərinə, həm Azərbaycanın beynəlxalq imicinə, həm də üzərinə götürdüyü öhdəliklərə ziddir. Bunları nəzərə alaraq AMİP bütün ictimai, siyasi qüvvələri birgə müzakirələrə başlamağa dəvət edir.

Müxalifəti təmsil edən AMİP 1992-ci ildə yaradılıb. Partiyanın qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti