...

Deputat Asim Mollazadə: "GUAM-ın Parlament Assambleyası Bakıda yerləşəcək"

Siyasət Materials 24 May 2007 14:23 (UTC +04:00)
Deputat Asim Mollazadə: "GUAM-ın Parlament Assambleyası Bakıda yerləşəcək"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ GUAM-ın (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova dövlətlərinin birliyi) Parlament Assambleyası yaradılacaq və Bakıda yerləşəcək. Bu barədə cümə axşamı mətbuat konfransı keçirən Demokratik İslahatlar Partiyasının (DİP) sədri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının üzvü Asim Mollazadə açıqlama verib.

Millət vəkili Mollazadə GUAM çərçivəsində dörd ölkənin əməkdaşlığının əhəmiyyətini qeyd edərək, bu qurumun həm də digər dövlətlərlə - Rusiya, Türkiyə, Avropa ölkələri ilə əməkdaşlıq quracağını bildirib. Deputat GUAM-ın Rusiyaya qarşı yönəlmədiyini də vurğulayıb: "Bu dövlətlər həm də MDB-də təmsil olunurlar. GUAM dövlətləri inkişafın, islahatların, Avropaya inteqrasiyanın tərəfdarıdır. Bu birlik ümumiyyətlə, hər hansı bir dövlətə qarşı yönəlməyib" - deyə deputat qeyd edib.

Mollazadə Türkiyə, İranla bağlı məsələlərə toxunub. Qeyd edib ki, dini dövlətdən ayıran demokratik bir ölkə kimi Türkiyənin Avropa Birliyinə daxil olmağa haqqı çatır. Bunu etirazla qarşılayan Fransanın yeni prezidenti Nikolya Sarkozi isə öz siyasətində düzəlişlər etməlidir.

Deputat qeyd edib ki, BMT İranla bağlı müvafiq qərarlar çıxarmalıdır. Çünki nüvə təhlükəsi regionda ciddi faciələrə gətirib çıxara bilər. Mollazadə eyni zamanda İranın nüvə siyasətinin qarşısının hərbi yolla alınmasının əleyhinə olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti