...

Gəncə polisinin əməkdaşı qəsdən adam öldürmədə ittiham olunub

Siyasət Materials 29 May 2007 16:23 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncə şəhər Kəpəz rayon Polis Şöbəsinin əməkdaşı barəsində cinayət işinin istintaqı yekunlaşıb. Gəncə şəhər Prokurorluğunun müstəntiqi Elşən Məmmədov çərşənbə axşamı Trend ə bildirib ki, Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə şübhəli şəxs qismində saxlanılan əməliyyat müvəkkili, 1975-ci il təvəllüdlü Vüqar Orucova 120.2.2-ci maddə ilə (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) ittihamı elan olunub. Müstəntiqin sözlərinə görə, həftə ərzində istintaq materialları baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndəriləcək.

Orucov fevralın 14-də bir binada yaşadığı qonşusu, 1985-ci il təvəllüdlü Rüfət Allahverdiyevin baş nahiyəsinə xidməti silahı ilə atəş açıb. Atəş nəticəsində baş nahiyəsindən ağır yaralanan Allahverdiyev xəstəxanada keçinib.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti