...

NATO Parlament Assambleyasının nümayəndə heyəti Azərbaycana gələcək

Siyasət Materials 31 May 2007 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ NATO Parlament Assambleyasının Mülki ölçülərə nəzarət komitəsinin nümayəndə heyəti sentyabrda Azərbaycana səfər edəcək. Bu barədə cümə axşamı günü Bakıda Milli Məclis sədrinin birinci müavini, Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov məlumat verib.

O qeyd edib ki, NATO PA-nın nümayəndə heyətinin Azərbaycana səfəri iyun ayına planlaşdırılsa da, qrafikin gərgin olması səbəbindən sentyabra keçirilib.

Səfər zamanı Azərbaycanın NATO qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi vəziyyətinə dair müzakirələr aparılacaq.

"NATO PA-nın nümayəndə heyəti istəyir ki, eyni vaxtda həm Azərbaycana, həm də Türkiyəyə səfər etsin. Biz bu səfərə razılıq vermişdik. Amma Türkiyədə erkən parlament seçkiləri təyin olunduğuna görə, səfər sentyabr ayına keçirilib", -deyə Əsgərov əlavə edib.

Xəbər lenti

Xəbər lenti