...

Gürcüstan XİN başçısının birinci müavini GUAM baş katibinin səlahiyyətlərinin icrasına başlayıb

Siyasət Materials 1 İyun 2007 16:07 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N. Kirtsxalia/ Gürcüstan xarici işlər nazirinin birinci müavini Valeri Çeçelaşvili bu gün tutduğu postu təhvil verərək GUAM baş katibinin səlahiyyətlərinin icrasına başlayıb. Bu barədə Gürcüstan XİN-dən bildiriblər.

Baş nazir Zurab Noqaideli bu gün müvafiq sərəncam imzalayıb. Çeçelaşvilinin yerinə Nikoloz Vaşakidze təyin olunub. Vaşakidze bu vaxtadək Gürcüstan XİN başçısının müavini vəzifəsində çalışıb.

Çeçelaşvili GUAM XİN başçılarının qərarı ilə 2006-cı ilin 25 sentyabrında GUAM-ın baş katibi vəzifəsinə təyinat alıb.

Xəbər lenti

Xəbər lenti