...

Parlamentin komissiya sədri: "Bazarlarda müşahidə olunan bahalaşma narahatlıq doğurur"

Siyasət Materials 1 İyun 2007 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Bazarlarda müşahidə olunan bahalaşma narahatlıq doğurur və bu müsbət hal deyil. Bu barədə cümə günü Bakıda Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri, millət vəkili Hadı Rəcəbli bildirib.

Onun fikrincə, əhalidə pul kütləsinin artması qiymət artımına da təsir edir. "Bazarın tənzimlənməsinə təsir etmək olmaz. Amma monopoliyaya qarşı təbii üsullarla mübarizə aparılmalıdır. Bazarda məhsulun bol olması qiymətlərin aşağı enməsinə gətirib çıxara bilər".

Rəcəbli qeyd edib ki, bazarlarda qiymətlərin artmasına monopoliya da təsir gösətərir. Bunun həm təbii, həm də süni yaradılan olduğunu vurğulayan komissiya sədri bildirib ki, qiymətlərin artmasının qarşısını almaq üçün monopliya ilə mübarizə aparılmalıdır.

Xəbər lenti

Xəbər lenti