...

Ötən ay Azərbaycanda 41 sərhəd pozucusu saxlanılıb

Siyasət Materials 1 İyun 2007 19:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bu ilin may ayı ərzində Azərbaycanın Dövlət Sərhəd Xidməti həyata keçirdiyi tədbirlər nəticəsində sərhədi qanunsuz keçmiş və ya keçməyə cəhd göstərmiş 41 nəfər sərhəd pozucusu saxlanılıb. Bu barədə cümə gün Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Tutulan sərhəd pozucularından 10-u Azərbaycan, 13-ü İran, altısı Əfqanıstan, altısı Rusiya, beşi Gürcüstan, biri Cənubi Afrika Respublikası vətəndaşı olub.

Xəzər dənizində sahilboyu rejim qaydaları yoxlanılarkən Rusiyaya məxsus üç gəmi və yeddi qayıq saxlanılıb. Dənizdə 14.572 metr balıqovlama toru, 10.995 ədəd qarmaqlı balıqovlama vasitəsi aşkarlanaraq götürülüb.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı aparılan mübarzə nəticəsində altı halda doqquz nəfərdən 30 kq 108,5 qr. narkotiv vasitələr aşkar edilərək götürülüb.

Ay ərzində 61 halda ümumi dəyəri təxminən 234 min 686 manat olan qaçaqmalın sərhəddən keçirilməsinin qarşısı alınıb.

Xəbər lenti

Xəbər lenti