...

Azərbaycanın sol təmayüllü partiyası sağ müxalifətlə bir araya gələcək

Siyasət Materials 4 İyun 2007 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Sol təmayüllü Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) sağ müxalifətçi partiyalarının məşvərət qurumunda təmsil olunacaq. Bu barədə ASDP-nin həmsədri Araz Əlizadə açıqlama verib.

O qeyd edib ki, siyasi partiyaların məşvərət xarakterli yeni qurumu yaradılacaq. Bu qurumda siyasi partiyalar fikir mübadiləsi aparacaq, məsləhətləşəcəklər. Əlizadə qeyd edib ki, bu, sırf məşvərət qurumu olduğundan partiya heç bir əməkdaşlıq etmədiyi sağ təmayüllü partiyalarla bir araya gəlməyə hazırdır: "Mövqeyimizdən asılı olmayaraq, siyasi partiyalar olaraq biz bir-birimizi dinləməli, fikir mübadiləsi aparmalıyıq. Ona görə də ASDP yeni məşvərət qurumunun yaradılması üçün danışıqlarda iştirak edir. Məşvərət xarakterli qurumlarda isə fərqli mövqeli insanların olması təbiidir"-deyə Əlizadə qeyd ebib.

ASDP Azərbaycanın sol təmayüllü müxalifət partiyasıdır. ASDP-nin lideri Azərbaycanın ilk prezidenti, hazırda mühacirətdə yaşayan Ayaz Mütəllibovdur.

Xəbər lenti

Xəbər lenti