...

Azərbaycan kitabxanalarına rus və dünya müəlliflərinin təqribən 10 min kitabı verilib

Siyasət Materials 5 İyun 2007 19:04 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Çərşənbə axşamı "MDB humanitar məkanı" layihəsi çərçivəsində MDB İcraiyyə Komitəsi tərəfindən Bakıda olan Azərbaycan kitabxanalarına hədiyyə olaraq 298 rus və dünya müəlliflərinin təqribən 10 min nüsxə kitabı verilib. Kitabların rəsmi təqdimat mərasimi MDB İcra katibi Vladimir Ruşaylonun Azərbaycana səfəri çərçivəsində baş tutub. O, humanitar yardımı M.F.Axundov adına Milli Kitabaxanaya təqdim edəcək.

Nəşrlər Prezident kitabxanası, M.F.Axundov adına kitabxana, V.Q.Korolenko adına Mərkəzi şəhər Kitabxanası, həmçinin N.Hikmət adına kitabxanaya veriləcək. Bunu mərasimdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev söyləyib.

Ruşaylo mərasimdə bildirib ki, humanitar aksiyanın keçirilməsində məqsəd MDB ölkələrində yaşayan millətlərin rus və dünya klassiklərinin əsərləri ilə tanış olması, kitabxana fondlarının zənginləşdirilməsidir. Bütün kitablar 2007-ci ildə nəşr olunub.

Xəbər lenti

Xəbər lenti