...

Azərbaycan pezidenti Əfqanıstanın daxili işlər nazirini qəbul edib

Siyasət Materials 7 İyun 2007 20:16 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/Azərbaycan prezidenti Ilham Əliyev cümə axşamı Əfqanıstanın daxili işlər naziri Zərar Əhməd Muqbilin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Azərbaycanla Əfqanıstan arasında ikitərəfli münasibətlərin yaxşı inkişaf etdiyini bildirib. Əfqanıstan prezidentinin ölkəmizə səfərini xatırlayan İlham Əliyev əlaqələrimizin daha da inkişaf etdirilməsi ilə bağlı Əfqanıstanın dövlət başçısı ilə müxtəlif beynəlxalq tədbirlərdə də səmərəli görüşlər keçirdiyini qeyd edib.

Azərbaycan prezidenti bildirib ki, qonağın ölkəmizə bu səfəri qarşılıqlı münasibətlərin, xüsusilə təhlükəsizlik sahəsində əlaqələri müzakirə etmək və gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparmaq üçün yaxşı imkanlar yaradır. Dövlət başçısı bu baxımdan səfərin ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyinə əminliyini söyləyib.

Nazir Zərar Əhməd Muqbil Əfqanıstan prezidentinin salamlarını dövlət başçısına çatdıraraq ölkəmizin Əfqanıstanda sülhün və sabitliyin təmin olunması işinə töhfə verdiyinə - Azərbaycan sülhməramlı qüvvələrinin Əfqanıstanda antiterror fəaliyyətində iştirakına görə prezident Ilham Əliyevə minnətdarlığını ifadə edib.

Xəbər lenti

Xəbər lenti