...

Bu ilin sonuna qədər Azərbaycanın dövlət sərhədçiləri üçün 600-dək mənzil tikilib istifadəyə veriləcək

Siyasət Materials 8 İyun 2007 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bu ilin sonuna qədər dövlət sərhədçiləri üçün 600-dək mənzil tikilib istifadəyə veriləcək. Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev cümə günü açıqlama verib.

Quliyev qeyd edib ki, ötən il 432 mənzil tikilərək dövlət sərhəd xidməti əməkdaşlarına verilib. Bu ilin sonuna qədər 600-dək mənzilin tikilib istifadəyə verilməsi nəzərdə tutulub. Quliyevin sözlərinə görə, sərhədçilər üçün evlər həm Bakı şəhərində, həm də sərhəd zonalarında tikiləcək.

"Son illər sərhədçilər üçün mənzil tikintisinin miqyası və keyfiyyəti artıb. Azərbaycanın iqtisadi imkanlarının artması bu işlərə imkan yaradıb. Azərbaycan Prezidentinin tapşırığı ilə dövlət sərhədinin qorunması üçün lazımi binaların və sərhədçilər üçün mənzillərin tikilməsinə kifayət qədər vəsait ayrılır və biz bu işləri həyata keçiririk" - deyə Quliyev bildirib.

Xəbər lenti

Xəbər lenti