...

Eldar Namazov: "Azərbaycan müxalifətinin problemi odur ki, beş-altı partiyanın hər biri özünü aparıcı qüvvə sayır"

Siyasət Materials 12 İyun 2007 12:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan müxalifətinin əsas problemi odur ki, beş-altı partiyanın hər biri özünü aparıcı qüvvə sayır. Bu barədə Azərbaycan Naminə İctimai Forumun rəhbəri, politoloq Eldar Namazov müxalifətdaxili yeni qurumların yaradılmasını şərh edərkən bildirib.

Namazovun da iştirakı ilə müxalifətin yeni məşvərət qurumunun yaradılması üçün danışıqlar aparılır. Namazov bildirib ki, bu məşvərət qurumu müxalifətin digər bloklarına qarşı yönəlməyib. O, "Azadlıq" blokunun müxalifətin yeni yaradılacaq məşvərət Alyansına qoşulmamasına münasibətini açıqlayıb: "Siyasi bloklarla məşvərət məclislərinin məqsədləri başqadır, fəaliyyətləri və öhdəlikləri də bir-birindən fərqlənir. Siyasi bloklarda birləşən partiyaların bütün mövqeləri üst-üstə düşməli, vahid platforması, vahid namizədi olmalıdır. Mövqeləri üst-üstə düşməyən partiyalar isə məşvərət qurumunda ümumi problemlərlin həlli üçün birgə mübarizə apara bilərlər. Kimin kimdənsə üstünlüyünə gəldikdə isə, müxalifətdə aparıcı qüvvə anlayı artıq mahiyyətini itirib. Hansı partiyanın aparıcı qüvvə olduğunu müəyyənləşdirən meyarlar yoxdur" - deyə Namazov bildirib.

O, siyasi partiyaların kütləvi aksiyalar keçirə bilməməsini, onların bölgələrdə güclü təşkilatlarının formalaşmadığını xatırladaraq, əlavə edib ki, iri partiyaların rəhbərlərindən başqa cəmiyyətdə digər siyasi liderlər də var.

Namazov 1993-cü ildən 1999-cu ilə qədər Azərbaycanın Prezident Katibliyinin rəhbəri olub.

Xəbər lenti

Xəbər lenti