...

Avstriyanın Xarici İşər Nazirliyinin baş katibi GUAM-ın Bakı sammitində iştirak edəcək

Siyasət Materials 12 İyun 2007 14:52 (UTC +04:00)
Avstriyanın Xarici İşər Nazirliyinin baş katibi GUAM-ın Bakı sammitində  iştirak edəcək

Azərbaycan, Bakı, /müx. Trend S.Ağayeva/ Çərşənbə axşamı Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılovun Vyanadan telefonla verdiyi məlumata görə, 18-19 iyun tarixində Bakıda keçiriləcək "Demokratiya və iqtisadi inkişaf naminə təşkilat- GUAM" sammitində Avstriyanın Avropa və beynəlxalq əlaqələr üzrə nazirliyinin baş katibi Yohannes Kerlinin iştirakı gözlənilir.

Onun sözlərinə görə, Azərbaycana və regiona böyük maraq göstərdiyi üçün Avstriya sammitə dəvət olunub. Diplomatın sözlərinə görə, səfəri çərçivəsində diplomat rəsmi şəxslərlə ikitərəfli görüşlər keçirməyi planlaşdırır. Danışıqlarda əsas diqqət mərkəzində ikitərəfli əməkdaşlıq, Avropa İttifaqının "Yeni Qonşuluq Siyasəti" çərçivəsində əməkdaşlıq, Avstriyanın proqramın reallaşmasında Azərbaycana köməyi kimi məsələlər olacaq", - deyə o bildirib.

GUAM-ın baş katibi Valeri Çeçelaşvilinin Trend ə verdiyi məlumata görə, GUAM-ın (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) Bakı sammitində, ilkin məlumata görə, səkkiz dövlət başçısı iştirak edəcək. Onun sözlərinə görə, görüşdə Azərbaycən prezidenti İlham Əliyev, Gürcüsten prezidenti Mixail Saakaşvili , Ukrayna prezidenti ViktorYuşenko və Moldova prezidenti Vladimir Voronin iştirak edəcəklər. Lakin sonradan məlum oldu ki, sammitdə Voronini baş nazir Vasile Tarlev əvəz edəcək, Belə ki, prezidentin Brüsselə səfəri planlşdırılır. Həmçinin Rumıniya prezidenti Trayan Basesku, Litva prezidenti Valdas Adamkus və Polşa prezidenti Lex Kaçinski iştirak etməyə razılıq veriblər. "Bundan başqa mənə elə gəlir ki, Bolqarıstanın vitse-prezidenti, Yaponiyanın xarici işlər nazirinin müavini, ABŞ-ın dövlət katibinin müavini və güman ki, Xorvtiyanın prezidenti Stepan Messiç də iştirak edəcəklər" - deyə GUAM-ın baş katibi əlavə edib.

GUAM formatı 1999-cu ildə Avropa İttifaqı ölkələri dövlət başçılarının Strasburq görüşü ərəfəsində yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da daxil olsa da, dörd ildən sonra onu tərk etdi. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf naminə təşkilat- GUAM" kimi elan olunması haqda qərar qəbul olundu. Təşkilat əvvəlcə enerji daşıyıcılarının nəqli layihəsinin iştirakçısı olacaq potensial ölkələrin iqtiadi birliyi kimi yaradılıb. Tədricən fəaliyyət dövründə siyasi-hərbi məsələlər və sülhməramlı qüvvələrin yaradılması məsələsi müzakirə olunmağa başlanıb. Sözügedən məsələnin qarşıdakı Bakı sammitində müzakirə olunacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti