...

Buzovnada üç nəfər dənizdə boğulub

Siyasət Materials 12 İyun 2007 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Bakının Buzovna qəsəbəsində dənizdə çimərkən iki kişi və bir qadın boğulub. Bu barədə çərşənbə axşamı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, qadının və kişilərdən birinin meyiti sudan çıxarılıb. Digər kişinin meyitinin tapılması üçün axtarışlar davam edir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti