...

İsrailin nazir müavini: "Azərbaycan İsrail-Fələstin probleminin tənzimlənməsində model rolunu oynaya bilər" (video)

Siyasət Materials 12 İyun 2007 20:40 (UTC +04:00)
İsrailin nazir müavini: "Azərbaycan İsrail-Fələstin probleminin tənzimlənməsində model rolunu oynaya bilər" (video)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycan İsrail-Fələstin probleminin tənzimlənməsində model rolunu oynaya bilər. Bu barədə bu gün İsrailin xarici işlər nazirinin müavini Yossi Qal Bakıya ikigünlük səfərinin yekunu ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Yaxın Şərqdəki vəziyyət rəsmi Bakı ilə aparılan danışıqlar zamanı da müzakirə olunub. İsrailin mövqeyi Yaxın Şərqdə iki dövlətin - İsrail və Fələstinin yaradılmasından ibarətdir. Sonuncunun yaradılması Fələstin xalqının iradəsi hesabına həyata keçməlidir. Prinsipial məqam ondan ibarətdir ki, yaradılacaq yeni dövlət İsraillə sülh şəraitində yaşamalıdır. Diplomat qeyd edib ki, İsrail regionda sülhə nail olmaq üçün bütün səyini cəmləşdirir, amma ekstremistlər buna mane olur. O bildirib ki, ekstremist qüvvələr İran, Suriya və s. daxil olmaqla bir sıra dövlətlər tərəfindən dəstəklənir

Xəbər lenti

Xəbər lenti