...

Azərbaycanda cari ilin 5 ayında 330 kiloqramdan artıq narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb

Siyasət Materials 14 İyun 2007 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Bu ilin 5 ayında Azərbaycanda qanunsuz dövriyyədən 330 kiloqramdan artıq müxtəlif növ narkotik maddə çıxarılıb. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından cümə axşamı Trend ə verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotiklərin 190 kolqrama yaxını həşiş, 68 koloqrama yaxını tiryək, 50 kiloqrama yaxını marixuana, 24 kiloqrama yaxını isə heroindir.

Hesabat dövründə respublikada narkotiklərlə bağlı 1205 cinayət qeydə alınıb. Cinayətlərin 739-u narkotiklərin saxlanması, 422-si satışı, 33-ü əkini ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti