...

Ermənistan Silahlı Qüvvələri Qazax istiqamətində atəşkəsi növbəti dəfə pozub

Siyasət Materials 18 İyun 2007 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələri bu gecə saat 00.10-dan 00.15-dək Ermənistanın İcevan rayonunun Kayan kəndinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Milli Ordusunun Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığındakı mövqelərini avtomatlardan atəşə tutub. Bu barədə bazar ertəsi Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, beş dəqiqəyədək davam edən atəşkəsin pozulması zamanı itki qeydə alınmayıb. Düşmən cavab atəşi ilə susdurulub.

Son bir ay ərzində Ermənistan Silahlı Qüvvələri Qazax istiqamətində atəşkəsi dəfələrlə pozub.

Qazax rayonu paytaxt Bakıdan 520 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti